Bakı. Trend:
Yaponiyanın Honsü adasının şimal-şərqində 4,9 bal gücündə zəlzələ baş verib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Yaponiya meteoroloji agentliyi xəbər verib.
Məlumata görə, sunami təhlükəsi yoxdur.
Yeraltı təkanların ocağı təxminən 10 km dərinlikdə yerləşib.
Ölən və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.