...

İstanbulda ağır yol qəzası: 2 ölü, 19 yaralı (FOTO)

Dünya xəbərləri Materials 5 Noyabr 2017 10:59 (UTC +04:00)
İstanbulda ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb, onların arasında polis əməkdaşı da var.
İstanbulda ağır yol qəzası: 2 ölü, 19 yaralı (FOTO)

Bakı. Trend:

İstanbulda ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb, onların arasında polis əməkdaşı da var.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, hadisə mikroavtobus sürücüsünün idarəetmənin itirməsi nəticəsində baş verib. Avtomobil yol ayrıcısına çırpılıb.

Digər avtomobil, məcburiyyət qarşısında qarşı yola çıxaraq polis maşınına çırpılıb, nəticədə polis əməkdaşı yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb və həkimlərin nəzarəti altında saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti