...

Rusiyada 14 avtomobil toqquşub, xəsarət alanlar var

Dünya xəbərləri Materials 30 Noyabr 2017 07:11 (UTC +04:00)
Rusiyanın İrkutsk şəhəri yaxınlığında 14 avtomobil toqquşub
Rusiyada 14 avtomobil toqquşub, xəsarət alanlar var

Bakı. Trend:

Rusiyanın İrkutsk şəhəri yaxınlığında 14 avtomobil toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Region üzrə Daxili işlər nazirliyi Baş İdarəsinin nümayəndəsi bildirib: "İrkutsk şəhərindən 2-4 km aralıda 14 nəqliyyat vasitəsinin iştirakı ilə ardıcıl üç yol qəzası qeydə alınıb. Qəza zamanı biri uşaq olmaqla iki nəfər xəsarət alıb".

Məlumata əsasən, qəzalara səbəb buz bağlamış yolda sürət rejiminin pozulması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti