...

İt saxlayanlar vergiyə cəlb olunacaq

Dünya xəbərləri Materials 5 Dekabr 2017 16:26 (UTC +04:00)
İt saxlayanlar vergiyə cəlb olunacaq.
İt saxlayanlar vergiyə cəlb olunacaq

Bakı. Trend:

2018-ci ildən Moldovada yeni vergi tətəbiq edilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, 2018-ci ildən it saxlayan Kişinyov sakinləri ildə 120 Moldova leyi (təqribən 7 dollar) məbləğində vergi ödəyəcəklər.

Məlumata görə, bələdiyyə müşavirləri müvafiq qərarın lehinə birinci oxunuşda səs veriblər.

Vergidən yığılan vəsaitin sahibsiz heyvanların saxlanması mərkəzlərinə yönləndiriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti