Bakı. Trend:
Gürcüstanın eks-prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili arzusunu açıqlayıb.
Trend-in məlumatına görə, Ukraynanın "24 kanal" televiziyasının efirində M.Saakaşvili Odessa meri olmaq istədiyini bəyan edib.
Keçmiş qubernator bildirib: "Bilirsinizmi nəyi arzulayıram? Mən sadəcə Odessaya getmək və mer olmaq istəyirəm. Çox istəyirəm ki, Odessanı inkişaf etdirim. Lakin bu o halda mümkün ola bilər ki, oyunun bütün qaydaları dəyişdirilsin".