Bakı. Trend:
Əfqanıstan aviasiyası Vardak əyalətinə hava zərbələri endirib.
Trend-in məlumatına görə, hava zərbələri nəticəsində azı 15 silahlı məhv edilib. Məhv edilən ekstremistlər Türkmənistandan gələn yüksək gərginlikli elektrik xəttinin zədələnməsinə görə məsuliyyət daşıyırlar.
Bundan əlavə, sutka ərzində 28 silahlı saxlanılıb. Ölkə ərazisində əməliyyatlar zamanı 30 kiloqram partlayıcı maddə və 37 əldəqayırma partlayıcı qurğunun və piyadalar əleyhinə minanın detonatoru ələ keçirilib.