...

Sudanda təyyarə qəzası - Pilot öldü

Dünya xəbərləri Materials 27 Dekabr 2017 16:27 (UTC +04:00)

Bakı. Trend:

Sudanın Port-Sudan şəhərində təlim təyyarəsi qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə nəticəsində tələbə-pilot həlak olub.

Məlumata görə, tələbə gündəlik məşğələ uçuşu yerinə yetirirmiş.

Qəzaya səbəb kimi texniki nasazlıq göstərilir.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti