...

Kolumbiyada gecə klubunda qumbara partlayıb: 31 nəfər yaralanıb

Dünya xəbərləri Materials 29 Dekabr 2017 21:37 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiyanın Kaukasiya bələdiyyəsində gecə klubunda əl qumbarası partladılıb. Trend-in məlumatına görə, bunu bələdiyyə rəhbəri Oskar Anibal Suares bildirib.

Onun sözlərinə görə, qumbaranın partlaması nəticəsində 31 nəfər yaralanıb. Yaralananların 11-nin vəziyyəti çox ağır kimi qiymətləndirilir.

A.Suares bildirib ki, polislər qumbaranı partladan kişini və qumbaranı gecə klubuna gətirən qadını saxlayıblar.

Xəbər lenti

Xəbər lenti