...

Britaniya XİN Kabildəki terror aktını pisləyib

Dünya xəbərləri Materials 28 Yanvar 2018 22:14 (UTC +04:00)
Terror aktı törətmək üçün təcili yardım avtomobilinin istifadə olunması nifrət doğurur
Britaniya XİN Kabildəki terror aktını pisləyib

Bakı. Trend:

Terror aktı törətmək üçün təcili yardım avtomobilinin istifadə olunması nifrət doğurur.

Trend-in məlumatına görə, bunu Böyük Britaniya XİN rəhbəri Boris Conson Kabildə növbəti terror aktı ilə bağlı başsağlığı bildirərkən deyib.

XİN rəhbəri deyib: "Mən Kabildə dünənki dəhşətli hücumdan sonra şokdayam və onu qətiyyətlə pisləyirəm. Vətəndaşlarına hücum üsulu kimi təcili yardım avtomobilinin istifadə olunması nifrətə layiqdir. Qurbanlara və onların ailələrinə başsağlığı verirəm".

Onun sözlərinə görə, Böyük Britaniya və Əfqanıstan terrorçuluqla mübarizədə eyni tərəfdədirlər.

Qeyd edək ki, şənbə günü Əfqanıstanın paytaxtı Kabildə təcili yardım avtomobili partladılıb. Terror aktı nəticəsində 103 nəfər həlak olub, 235 nəfər isə xəsarət alıb. Terror aktına görə məsuliyyəti "Taliban" terror təşkilatı öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti