Bakı. Trend:
Yaponiyanın "Toyota" şirkəti 645 minə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin mayından 2016-cı ilədək istehsal olunmuş "Toyota Prius", "Lexus RX" və "Lexus NX" modellərinə şamil olunur.
Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.