...

Kadırov hicabsız qadınlardan danışdı: Onlar...

Dünya xəbərləri Materials 2 Fevral 2018 17:16 (UTC +04:00)
Bəzi qadınlar hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər.
Kadırov hicabsız qadınlardan danışdı: Onlar...

Bakı. Trend:

Bəzi qadınlar hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər.

Trend-in məlumatına görə, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov 1 fevral - Beynəlxalq Hicab Günü ilə əlaqədar deyib.

R.Kadırov hicabın müsəlmanlar üçün möminlik və ədəblilik rəmzi olduğunu bildirib: "Mənim ailəmdə bütün qadınlar hicab geyinir. Bu onların seçimi idi, heç kim onları məcbur etməyib".

Çeçenistan rəhbəri qeyd edib ki, bütün dinlərdə - İslamda, xristianlıqda, iudaizmdə qadının başını bağlaması bildirilir:

"Lakin mən elə qadınlar tanıyıram ki, hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti