...

Liviyada məscid yaxınlığında PARTLAYIŞ - Ölənlər var

Dünya xəbərləri Materials 9 Fevral 2018 16:27 (UTC +04:00)
Liviyanın Benqazi şəhərində güclü partlayış baş verib.
Liviyada məscid yaxınlığında PARTLAYIŞ - Ölənlər var

Bakı. Trend:

Liviyanın Benqazi şəhərində güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayış məscidin yaxınlığında qeydə alınıb.

Son məlumata görə, partlayış nəticəsində 8 nəfər həlak olub. Yaralılar barədə hələ məlumat verilməyib.

Yerli sakinlərin danışdıqlarından məlum olub ki, partlayış şəhərin Macuri rayonunda yerləşən Əbu Xurayr məscidinə partlayıcı qurğu yerləşdirilmiş çantanın qoyulması ilə baş verib.

Təhlükəsizlik qüvvələri və polis hadisə yerində araşdırma aparır. Partlayışa görə məsuliyyəti hələ üzərinə götürən olmayıb.

Xəbər lenti

Xəbər lenti