...

Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq

Dünya xəbərləri Materials 14 Fevral 2018 05:31 (UTC +04:00)
Dubayda yaxın zamanda uçan taksi fəaliyyət göstərməyə başlayacaq
Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq

Bakı. Trend:

Dubayda yaxın zamanda uçan taksi fəaliyyət göstərməyə başlayacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumatına görə, iddialı layihə Dubayda keçirilən səmərəli dövlət idarəetmə və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr olunmuş 6-cı Ümumdünya Hökumət Sammitində (World Government Summit) təqdim edilib.

"Uçan taksi yüksək etibarlılıq və təhlükəsizlik standartlarına cavab verəcək. Taksi GPS-naviqator əsasında xüsusi marşrutların proqramlaşdırma sisteminin köməyi ilə avtopilot vasitəsi ilə idarə olunacaq. Taksinin hərəkətinə nəzarəti operator həyata keçirəcək", - layihəni təqdim edənlər bildirib.

Xəbər lenti

Xəbər lenti