Bakı. Trend:
"Apple" şirkəti bu ilin sonunda üç yeni "iPhone" modelinin buraxılışını planlaşdırır.
Trend-in məlumatına görə, modellərdən biri indiyədək buraxılan modellərlə müqayisədə ən böyük ekran ilə təchiz olunacaq.
İkinci smartfon ötən il buraxılan "iPhone X" modelinin yenilənmiş versiyası olacaq, üçüncü model isə qiymətinə görə daha ucuz smartfon olacaq.
Smartfonlar yenilənmiş əməliyyat sistemi ilə təchiz olunacaq.
"Apple" şirkətinin nümayəndəsi bu məsələni şərh etməkdən imtina edib.