...

“Şərq əjdahası” Britaniyada metronu da saxladı

Dünya xəbərləri Materials 28 Fevral 2018 11:48 (UTC +04:00)
Böyük Britaniyada hökm sürən “Şərq əjdahası” siklonu fəsadlar törətməkdə davam edir.
“Şərq əjdahası” Britaniyada metronu da saxladı

Bakı. Trend:

Böyük Britaniyada hökm sürən “Şərq əjdahası” siklonu fəsadlar törətməkdə davam edir.

Trend-in məlumatına görə, kəskin hava şəraiti paytaxt Londonda metropolitenin işində ləngimələrə səbəb olub.

Bundan başqa, bir sıra avtobus marşrutları da gecikmələrlə işləyir.

Qeyd edək ki, “Şərq əjdahası” ilə əlaqədar Böyük Britaniyada yüzlərlə məktəb bağlanmışdı.

Siklon İngiltərənin böyük hissəsində və Şotlandiyada hökm sürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti