...

"Zeytun budağı"nda zərərsizləşdirilən terrorçuların sayı 3000 nəfərə çatmaqdadır

Dünya xəbərləri Materials 7 Mart 2018 11:48 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2940 nəfərə çatıb
"Zeytun budağı"nda zərərsizləşdirilən terrorçuların sayı 3000 nəfərə çatmaqdadır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2940 nəfərə çatıb.

Trend-in məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 68 üzvü məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti