...

Saakaşvili tərəfdarları Kiyevdə mitinq keçirir: Poroşenko istefaya getsin!

Dünya xəbərləri Materials 9 Mart 2018 14:59 (UTC +04:00)
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubenatoru Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə mərkəzi parkların birində mitinq keçirir
Saakaşvili tərəfdarları Kiyevdə mitinq keçirir: Poroşenko istefaya getsin!

Bakı. Trend:

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubenatoru Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə mərkəzi parkların birində mitinq keçirir.

Trend-in məlumatına görə, aksiyaya yığılan 200-ə yaxın etirazçı prezident Pyotr Poroşenkonun, baş prokuror Yuri Lutsenkonun istefaya yollanmasını və antikorrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

Mitinqin keçirilidyi ərazi polis tərəfindən əhatəyə alınıb.

Qeyd edək ki, bir müddət əvvəl Kiyevdə M.Saakaşvili tərəfdarları ilə polis arasında toqquşmalar qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti