Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə İranda qəzaya uğramış təyyarə ilə bağlı araşdırmanın aparılması üçün bu ölkəyə komissiya yollayıb.
Trend bu barədə Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, komissiyanın tərkibinə yeddi mütəxəssis daxildir. Bundan başqa əlavə olunur ki, meyitlər yaxın zamanlarda Türkiyəyə çatdırılacaq.
Qeyd edək ki, İranın qərbində Türkiyənin "Basharan Holding" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Qəza nəticəsində 11 nəfər həlak olub. Onlardan 3-ü heyət üzvü, 8-i isə sərnişin olub.