Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yük maşını ilə sərnişin avtobusu toqquşub.
Trend-in "RİA Novsoti"yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 5-i uşaq olmaqla 8 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Paytaxtın polis idarəsinin mətbuat xidməti qəza faktını təsdiq edib, lakin xəsarət alanların sayını dəqiqləşdirməyib.