...

NATO da Rusiya daimi nümayəndəliyində 10 nəfəri ixtisara saldı

Dünya xəbərləri Materials 28 Mart 2018 10:16 (UTC +04:00)
Alyansın Baş katibi Yens Stoltenberq bəyan edib ki, "Skripalın işi" ilə Böyük Britaniya ilə həmrəylik nümayiş etdirir.
NATO da Rusiya daimi nümayəndəliyində 10 nəfəri ixtisara saldı

Bakı. Trend:

NATO Rusiya daimi nümayəndəliyində 10 nəfəri ixtisara salıb.

Trend-in məlumatına görə, Alyansın Baş katibi Yens Stoltenberq bəyan edib ki, "Skripalın işi" ilə Böyük Britaniya ilə həmrəylik nümayiş etdirir.

Bundan əvvəl İrlandiya və Moldovadan rus diplomatlarının, o cümlədən Bolqarıstanın Moskvadan səfirini geri çağırması xəbər verilirdi.

Rəsmi Moskva NATO-nun bu addımını görüntü adlandırıb və alyansı Rusiya və Böyük Britaniya arasındakı narazılıqdan öz xeyrinə istifadə etməkdə ittiham edib.

Xatırladaq ki, ümumilikdə 23 ölkə Rusiyadan 137 diplomatını geri çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti