...

Saakaşvili: Söz verirəm, Gürcüstana qayıdacağam

Dünya xəbərləri Materials 3 Aprel 2018 13:45 (UTC +04:00)
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkəyə qayıtmağı və indiki hakimiyyəti “bitirməyi” söz verib.
Saakaşvili: Söz verirəm, Gürcüstana qayıdacağam

Bakı. Trend:

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkəyə qayıtmağı və indiki hakimiyyəti “bitirməyi” söz verib.

Trend-in məlumatına görə, M.Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının üzvləri tərəfindən yayılmış videomüraciətdə o, prezident seçkilərindən sonra Gürcüstana qayıdacağını deyib:

“Mövcud çətinliklə yalnız iqtisadiyyatın artım və həyat səviyyəsinin inkişafı ilə mübarizə aparmaq olar. İndi mənim Gürcüstana qayıtmağımın qarşısının alınması üçün mənə qarşı ittihamlar irəli sürülüb. Amma mən Gürcüstana qayıdacağam və öz komandamla birgə bütün proqramları icra edəcəyəm”.

Qeyd edək ki, Gürücüstanda M.Saakaşvili barəsində bir neçə cinayət işi, o cümlədən 5 milyon dollar həcmində dövlət vəsaitini şəxsi mənafeyi üçün xərcləməsi ittihamı ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti