...

Narkomafiya başçısı 43 il cəza aldı

Dünya xəbərləri Materials 13 Aprel 2018 07:59 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın dallas şəhərinin məhkəməsi Meksikanın La Minsa ləqəbi ilə tanınan “La Famina” narkokartelinin başçısı Arnoldo Rueda Medinanı 43 il müddətinə həbs cəzasına məhkum edib.

Trend-in məlumatına görə, La Minsa həmçinin 5 milyon dollar məbləğində cərimə olunub.

Medina 2009-cu ildə Meksikada saxlanılıb, 2010-cu ildə isə ABŞ-da ona ittiham təqdim olunub. Onun həbs edilməsinə cavab olaraq Meksika narkomafiyası 12 polis əməkdaşını qətlə yetirib.

2017-ci ildə Arnoldo Rueda Medina ABŞ-a ekstradisiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti