...

Əfqanıstanda partlayış: 31 ölü, 50-dən çox yaralı

Dünya xəbərləri Materials 22 Aprel 2018 12:47 (UTC +04:00)
Əfqanıstanda partlayış: 31 ölü, 50-dən çox yaralı

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 31 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Partlayış seçicilərin qeydiyyatı üçün mərkəz qarşısında baş verib. Ölkənin DİN rəsmisi Nəcib Daniş bildirib ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hələlik heç bir terror təşkilatı hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti