...

"Saudi Aramco" şirkətinin direktorlar şurasına ilk dəfə qadın seçilib

Dünya xəbərləri Materials 29 Aprel 2018 20:49 (UTC +04:00)
Ameikalı Linn Elzenxans Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin direktorlar şurasına seçilən ilk qadın olub
"Saudi Aramco" şirkətinin direktorlar şurasına ilk dəfə qadın seçilib

Bakı. Trend:

Ameikalı Linn Elzenxans Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin direktorlar şurasına seçilən ilk qadın olub.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, əvvəllər Amerikanın "Sunoco" neft şirkətinin baş direktoru vəzifəsində çalışan Linn Elzenxans "Saudi Aramco" şirkətinin direktorlar şurasının tərkibinə daxil olmuş yeni 5 üzvün arasındadır.

L. Elzenxansdan əlavə direktorlar şurasına krallığın maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cadaan, iqtisadiyyat və planlaşdırma naziri Məhəmməd əl-Tuvaycri, "Chevron Phillips Chemical"ın sabiq top-meneceri Piter Sella və "Dow Chemical"sın direktoru Endryu Liveris daxil olublar.

Xəbər lenti

Xəbər lenti