Bakı. Trend:
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan istefa verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə nazirin vəzifəsini icra edən Vigen Sarkisyan şəxsi heyətə müraciətində bildirib.
Qeyd edək ki, bu gün nazirdən əlavə nazirin birinci müavini Artak Zakaryan və nazirin müavini Artak Davtyan istefa veriblər.