Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) Canubi Koreya ilə mayın 16 keçiriləcək görüşdən imtina edib.
Trend-in məlumatına görə, buna səbəb ABŞ və Cənubi Koreya hərbçilərinin birgə təlimləri olub.
Bundan əlavə, Şimali Koreya höküməti ABŞ-la keçiriləcək görüşdən də imtina etməklə hədələyib.
Qeyd edək ki, aprelin 15-dən ABŞ və Cənubi Koreyanın "Max Thunder" adlı birgə hərbi təlimləri keçirilib. Təlimlərdə 2 minə yaxın ABŞ və Cənubi Koreya hərbçisi iştirak edir.