...

İtaliyda plastik qablardan istifadə edənlər 500 avro cərimə olunacaq

Dünya xəbərləri Materials 18 May 2018 17:11 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Adriatik dənizində yerləşən Tremiti adalarında birdəfəlik plastik qabların istifadəsinə görə cərimə tətbiq olunub.

Trend-in məlumatına görə, bu qərar turistik bölgənin həddən artıq çirklənməsi ilə əlaqədar qəbul edilib.

Qeyd olunur ki, birdəfəlik qablardan istifadə edən həm yerli sakinləri, həm də turistləri 50 avrodan 500 avroyadək cərimə gözləyir.

Tremiti adaları İtaliyanın şərqində, sahildən 20 kilometr aralıda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti