...

ABŞ və Yunanıstan ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər

Dünya xəbərləri Materials 22 May 2018 03:35 (UTC +04:00)
ABŞ Dövlət katibi Maykl Pompeo və Yunanıstanın xarici işlər naziri Nikos Kotzias əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər.
ABŞ və Yunanıstan ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər

Bakı. Trend:

ABŞ Dövlət katibi Maykl Pompeo və Yunanıstanın xarici işlər naziri Nikos Kotzias əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu ABŞ Dövlət Katibliyinin mətbuat xidmətinin rəhbəri Hezer Hauert deyib.

"Dövlət Katibi Pompeo və nazir Kotzias ikitərəfli münasibətlərin əla vəziyyətini müzakirə etdilər və əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər", - deyə Hauert bildirib.

Onun sözlərinə görə, Pompeo Kotziasa "ABŞ-ın Yunanıstana bundan sonra da iqtisadiyyatın bərpasına dair səyləri üzrə dəstək verəcəyinə" söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti