...

Floridada polislərə atəş açan və mənzildə gizlənən şəxs ölü tapılıb

Dünya xəbərləri Materials 23 May 2018 04:39 (UTC +04:00)
ABŞ-ın Florida ştatında polislərə atəş açan şəxs ölü tapılıb
Floridada polislərə atəş açan və mənzildə gizlənən şəxs ölü tapılıb

Bakı. Trend:

ABŞ-ın Florida ştatında polislərə atəş açan şəxs ölü tapılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yerli hakimiyyət nümayəndələri bildirib ki, atəş açan şəxsin adı Kevin Robert Xolroyd olub. Onun daha əvvəldə axtarışda olduğu bildirilir.

"WMBB-TV" telekanalı öz növbəsində bildirir ki, Robert Xolroydu polislər güllələyib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Panama Siti şəhərində (Florida ştatı) atışma baş verib. Atəş açan şəxs Bek-avenyu rayonunda mənzildə gizlənmişdi. Onun atəş açması nəticəsində bir nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti