...

Cənubi Koreya prezidenti ABŞ və KXDR liderlərinin görüşünə qoşula bilər

Dünya xəbərləri Materials 28 May 2018 08:23 (UTC +04:00)
Cənubi Koreya prezidenti Min Çje İn ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında keçiriləcək görüşə qoşula bilər
Cənubi Koreya prezidenti ABŞ və KXDR liderlərinin görüşünə qoşula bilər

Bakı. Trend:

Cənubi Koreya prezidenti Min Çje İn ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında keçiriləcək görüşə qoşula bilər.

Trend-in "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreya prezidentinin administrasiyasındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, ABŞ və KXDR liderləri arasında müzakirələr hələ təzə başlayıb və bunun nəticəsindən asılı olaraq Mun Çje İn liderlərin görüşünə qoşula bilər.

O, xatırladıb ki, ABŞ və KXDR liderlərinin görüşü iyunun 12-si Sinqapurda keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti