...

Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satıldı

Dünya xəbərləri Materials 2 İyun 2018 10:17 (UTC +04:00)
Dünyanın ən iri mirvarilərindən olan “Yatmış şir” mirvarisi hərracda 374 min dollara satılıb
Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satıldı

Bakı. Trend:

Dünyanın ən iri mirvarilərindən olan “Yatmış şir” mirvarisi hərracda 374 min dollara satılıb.

Trend-in məlumatına görə, çəkisi 120 qram, uzunluğu 7 santimetr olan mirvari 18-ci əsrin əvvəllərində Çində tapılıb.

Formasına görə yatmış şiri xatırladan mirvari indiyədək şirin su hövzəsində tapılmış ən böyük mirvari hesab olunur.

Qeyd olunur ki, bu mirvari 1778-ci ildə Rusiya imperatriçası II Yekaterinaya hədiyyə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti