...

Gürcüstan Suriya ilə diplomatik əlaqələrə son qoydu

Dünya xəbərləri Materials 6 İyun 2018 02:06 (UTC +04:00)
Gürcüstan rəsmi olaraq Suriya ilə diplomatik əlaqələrin kəsilməsi haqda açıqlama verib.
Gürcüstan Suriya ilə diplomatik əlaqələrə son qoydu

Bakı. Trend:

Gürcüstan rəsmi olaraq Suriya ilə diplomatik əlaqələrin kəsilməsi haqda açıqlama verib.

Gürcüstan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstanın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın Baş katibinə Tbilisinin Suriya ilə diplomatik əlaqələrini rəsmən pozduğu haqda məlumat verib.

Bu qərar Suriya hakimiyyətinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq beynəlxalq hüquq normalarına zidd hərəkət etməsilə əlaqələndirilir.

Qeyd edək ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi mayın 29-da Suriya tərəfindən tanınıb. Həmin gün Gürcüstan Dəməşqdə bu qərarın suverenliyin qorunması və sərhədlərin tanınması haqda beynəlxalq hüquqi öhdəliklərə məhəl qoyulmadan, Rusiya təzyiqi altında qəbul edildiyini söyləyib.

Gürcüstanla yanaşı, Suriya hökumətinin qərarı Avropa Birliyi və Norveç tərəfindən qınanıb. ABŞ Dövlət Departamentinin rəsmi bəyanatında deyilir ki, Vaşinqton Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir və bütün dövlətləri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımamağa çağırır.

Gürcüstan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan bütün ölkələrlə diplomatik əlaqələrini kəsib. Suriya və Rusiya ilə yanaşı, Nikaraqua, Venesuela, Nauru və Vanuatu kimi dövlətləri qeyd etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti