Bakı. Trend:
“Kanadanın Avropa, Yaponiya və Meksika tərəfdaşları ilə ABŞ-ın alüminium, polad rüsumlarını artırması məsələsinə vahid mövqeyi mövcuddur. Birlikdə cavab tədbirlərin görülməsi üçün hazırlıqlar aparılır. Biz Dünya Ticarət Təşkilatına şikayət məktubu göndərməyə hazılaşırıq”, - bunu Kanada Xarici işlər naziri Xrista Friland jurnalistlərə bildirib.
Xatırladak ki, G7 sammiti Kanadanın Kvebek əyalətində 8-9 iyun tarixlərində keçirilmişdir. G7 sammitindən bir neçə gün əvvəl, Tramp, Avropadan və Kanadadan idxal olunan polad və alüminiumun rüsumlarını artırıb və buna görə tənqidə məruz qalıb.