Bakı. Trend:
"Air China" aviaşirkətinin təyyarəsi Belarusda, Minsk aeroportunda qəza enişi edib.
Trend-in məlumatına görə, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi özünün "Tvitter" səhifəsində yazıb.
Nazirlik bildirib: "!7:20-də təyyarə uğurla bizim hava limanımızda enib, Belarus FHN-dən yardım sorğulanmayıb".
"Flightradar24" portalının məlumatına görə, təyyarə Barselonadan Şanxaya uçurdu. "Air China"nın Minsk aeroportundakı nümayəndəliyindən bildiriblər ki, "gözlənilməyən vəziyyət baş verib, təyyarə qəza enişi edib".
Diqqət məlumat verilmir.