Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Manisa vilayətində ildırım keçi sürüsünü vurub. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində ümumilikdə sürüdə olan 106 keçi məhv olub.
Bildirilir ki, hadisə çobanın sürüdən uzada olduğu zaman baş verib.
Hadisə haqda məlumat verən çoban bildirib ki, ildırımın səsini eşitməyib, geri qayıtdıqda isə, keçi sürüsünün tələf olduğunu görüb.