...

Meksikada pirotexnika anbarında partlayış, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 26 İyun 2018 04:16 (UTC +04:00)
Meksikanın Tultepek şəhərində pirotexnika anbarında partlayış baş verib
Meksikada pirotexnika anbarında partlayış, ölənlər və yaralananlar var

Bakı. Trend:

Meksikanın Tultepek şəhərində pirotexnika anbarında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində azı 2 nəfər həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.

Qeyd edək ki, bu Meksikada baş verən ilk pirotexnika partlayışı deyil. 2016-cı ilin dekabr ayında Tultepek şəhərində pirotexnika yarmarkasında baş verən partlayış nəticəsində 40-dan çox insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti