...

Hollandiyada təyyarə reysi partlayış xəbəri səbəbindən təxirə salınıb

Dünya xəbərləri Materials 10 İyul 2018 05:41 (UTC +04:00)
Hollandiya hərbi polisi, Eyndxovendən Edinburqa yola düşən Ryanair firmasının təyyarə reysini terror təhdidi səbəbiylə təxirə salıb.
Hollandiyada təyyarə reysi partlayış xəbəri səbəbindən təxirə salınıb

Bakı. Trend:

Hollandiya hərbi polisi, Eyndxovendən Edinburqa yola düşən Ryanair firmasının təyyarə reysini terror təhdidi səbəbiylə təxirə salıb. Omroep Brabant telekanalının bildirdiyinə görə, təyyarədə bombanın olması xəbəri yalan idi.

Televiziya kanalının verdiyi xəbərə görə, bütün sərnişinlər təyyarədən çıxarılıb, polis işçiləri axtarış tədbirlərini həyata keçirir. Təyyarədə olan sərnişinlərin dəqiq sayı haqda heç bir məlumat verilmir.

Təyyarənin eniş zolağında olduğu üçün, növbəti iki uçuş - London (Böyük Britaniya) və Udcu (Mərakeş) reysləri də təxirə salınıb.

Hava limanı təyyarələri qəbul etməyə davam edir, lakin terminal binasının əks tərəfində yerləşən hava bazasının yanında dayanır və oradan sərnişinlər avtobus vasitələriylə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti