Bakı. Trend:
Konqo Demokratik Respublikasında Ebola virusuna 43 nəfər yoluxub.
Trend-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.
Qeyd olunur ki, yoluxanlardan 27 nəfəri həyatını itirib.
Bu yoluxma hallarından 16-ı laborator şəraitdə təsdiq olunub. Bundan başqa, daha 31 nəfər Ebolaya yoluxma şübhəsi ilə karantinə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı bölgədə peyvəndləmə prosesinin aparıldığını bildirib.
Qeyd edək ki, 2015-ci ildə Qərbi Afrikada qeydə alınmış Ebola epidemiyası 11 mindən çox adamın həyatın son qoymuşdu.