...

"Ford" 4 minə yaxın avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 22 Avqust 2018 09:56 (UTC +04:00)
"Ford" Rusiyada 4 minə yaxın avtomobili geri çağırıb.
"Ford" 4 minə yaxın avtomobili geri çağırıb

Bakı. Trend:

"Ford" Rusiyada 4 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, geri çağırılma Rusiyada 2011-ci ildən 2016-cı ilədək satılmış "Focus", "C-Max", "Mondeo" və "Kuga" modellərinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar mufta diskində aşkar olunan qüsurlarla əlaqədardır.

Bu qüsurun avtomobilin hərəkət sürətinin azalmasına və bəzi xüsusiyyətlərinin zəifləməsinə səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti