İstanbulda ATIŞMA - Terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Xəbər 13 Sentyabr 2018 12:13 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu – Trend:

İstanbulda polis əməkdaşı ilə “İnqilabçı Xalq Azadlıq Partiyası – Cəbhə” (DHKP-C) terror təşkilatının üzvü arasında atışma baş verib.

Trend-in məlumatına görə, atışma nəticəsində terrorçu zərərsizləşdirilib.

Qeyd olunur ki, atışma terror təşkilatına qarşı keçirilən xüsusi əməliyyat zamanı baş verib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti