...

Tailandda "denge qızdırması" xəbərdarlığı

Dünya xəbərləri Materials 25 Sentyabr 2018 12:50 (UTC +04:00)
Tailandda musson mövsümü ilə əlaqədar qeydə alınan denge qızdırması epidemiyası bu il daha ciddi miqyas alıb
Tailandda "denge qızdırması" xəbərdarlığı

Bakı. Trend:

Tailandda musson mövsümü ilə əlaqədar qeydə alınan "denge qızdırması" epidemiyası bu il daha ciddi miqyas alıb.

Trend-in məlumatına görə, 2018-ci ildə artıq 70 nəfər bu xəstəliyin qurbanı olub.

Qeyd olunur ki, ilin əvvəlindən ölkədə 57 mindən çox şəxs "denge qızdırması"na yoluxub. Bu, 2017-ci ilin göstəricisindən 50 faiz çoxdur. Bu il qızdırmadan ölənlərin sayı isə 2017-ci ildən 30 faiz çoxdur.

"Denge qızdırması" durğun sularda çoxalan ağcaqanadlar vasitəsilə insanlar arasında yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti