Bakı. Trend:
Qvatemalada Fueqo vulkanının püskürdüyü rayonda 60-dan çox insan öz evini tərk edib.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Amerika ölkəsinin təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli təşkilatından bildiriblər.
Son məlumatlara əsasən, püskürmə nəticəsində 4,8 min metr hündürlüyə kül sovrulub.
Xatırladaq ki, son dəfə Fueqo vulkanı iyunun 3-ü püskürüb. Vulkan püskürməsi 160-dan çox insanıın ölümünə səbəb olub.