...

Avropada "Qərbi Nil" qızdırması tüğyan edir - 142 nəfər öldü

Dünya xəbərləri Materials 19 Oktyabr 2018 13:21 (UTC +04:00)
Rusiya Səhiyyə İdarəsi Avropada "Qərbi Nil" qızdırmasının yayılması ilə bağlı xəbərdarlıq edib.
Avropada "Qərbi Nil" qızdırması tüğyan edir - 142 nəfər öldü

Bakı. Trend:

Rusiya Səhiyyə İdarəsi Avropada "Qərbi Nil" qızdırmasının yayılması ilə bağlı xəbərdarlıq edib. Trend-in məlumatına görə, idarənin rəsmi saytında qeyd olunub ki, bu xəstəliyə son ildə 1,3 min nəfər yoluxub və 140 nəfər dünyasının dəyişib.

Xəstəliklərə nəzarət Avropa İdarəsinin statistik məlumatlarına görə, 4 oktyabr 2018-ci il tarixi üçün ümumilkdə 1317 yoluxma halı (İtaliya - 495, Yunanıstan – 283, Rumıniya – 256, Macarıstan – 197, Xorvatiya – 45, Fransa – 16, Avstriya – 15, Bolqarıstan – 6, Sloveniya – 3, Çexiya – 1) qeydə alınıb.

Həmin dövrdə bu xəstəliyə yoluxanların 142 nəfəri dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti