Bakı. Trend:
Çində kömür mədənlərinin birində uçqun baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsidə 2 nəfər ölüb. Uçqun ölkənin Şandun vilayətində baş verib.
Hadisə zamanı mədəndə 334 nəfər olub, onlardan 312-si yer üzünə çıxmağa nail olublar, lakin 22 mədənçi torpaq altında qalıb.
Axtarış-xilasetmə əməliyyatları nəticəsində bir nəfəri xilas etmək mümkün olub, lakin 19 nəfər hələlik yardım gözləyir.