...

Romada eskalator sıradan çıxıb: 10 nəfər yaralanıb (VİDEO)

Dünya xəbərləri Materials 23 Oktyabr 2018 23:03 (UTC +04:00)
Roma metropoliteninin mərkəzi stansiyalarından birində eskalatorun sıradan çıxması nəticəsində 10 nəfər xəsarət alıb.
Romada eskalator sıradan çıxıb: 10 nəfər yaralanıb (VİDEO)

Bakı. Trend:

Roma metropoliteninin mərkəzi stansiyalarından birində eskalatorun sıradan çıxması nəticəsində 10 nəfər xəsarət alıb.

Trend-in İtaliyanın "Il Mattino" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə Çempionlar Liqası çərçivəsində "Roma" və Rusiyanın MOİK komandaları arasında keçiriləcək oyundan öncə baş verib. Ehtimal olunur ki, xəsarət alanlar arasında rusiyalı azarkeşlər də var.

Qeyd olunur ki, xəsarət alanlardan biri ciddi yaralanıb: o bir ayağını itirib.

Öz növbəsində ANSA agentliyi bildirir ki, hadisə "Repubblika" stansiyasında yerli vaxtla 19:00 radələrində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti