...

İstintaq Komitəsi: Rusiyada FTX-nin binasındakı partlayış teraktdır, terrorçu yeniyetmə olub

Dünya xəbərləri Materials 31 Oktyabr 2018 15:53 (UTC +04:00)
Partlayıcı qurğunu binaya yeniyetmə gətirib və onu işə salaraq həlak olub.
İstintaq Komitəsi: Rusiyada FTX-nin binasındakı partlayış teraktdır, terrorçu yeniyetmə olub

Bakı. Trend:

Rusiya Federasiyasının İstintaq Komitəsi Arxangelskdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin binasında baş vermiş partlayışı terror aktı kimi qiymətləndirib.

Trend-in məlumatına görə, faktla bağlı RF Cinayə Məcəlləsinin 205 ("Terror aktı") və 222-ci ("Döyüş sursatlarının qanunsuz daşınması") maddələri ilə cinayət işi başlanıb.

Komitədən bildiriblər ki, partlayıcı qurğunu binaya yeniyetmə gətirib və onu işə salaraq həlak olub. Onun 17 yaşlı yerli sakin olduğu deyilir. Şəxsiyyəti müəyyənləşib.

Qeyd edək ki, hadisə nəticəsində FTX-nin regional idarəsinin 3 əməkdaşı xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti