...

Kaliforniyada meşə yanğınları nətiəcəsdinə ölənlərin sayı 23-ə çatıb

Dünya xəbərləri Materials 11 Noyabr 2018 07:51 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir
Kaliforniyada meşə yanğınları nətiəcəsdinə ölənlərin sayı 23-ə çatıb

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 00:21-də yayılıb)

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir.

Trend-in məlumatına görə, ştatın cənubunda və şimalında davam edən yanğınlar nəticəsində ölənlərin sayı 23 nəfər çatıb.

Son məlumatlara əsasən, yanğın 42 min hektar ərazini əhatə edir və 7 minə yaxın tikilini məhv edib.

XXX

00:21

ABŞ-ın Kaliforniya ştatının cənubunda meşə yanğınları davam edir.

Trend-in məlumatına görə, meşə yanğınları nəticəsində 2 nəfər həlak olub. Bundan əlavə yanğın 150 yaşayış evini məhv edib.

Yanğın nəticəsində insanların ölümü ilə əlaqədar araşdırma başlanılıb.

Qeyd edək ki, Kaliforniya ştatının şimalındada meşə yanğınları davam edir. Yanğın 9 nəfərin ölümünə səbəb olub və 6,7 mindən artıq evi məhv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti