...

Kanadanın Toronto şəhərində atışma baş verib

Dünya xəbərləri Materials 3 Dekabr 2018 04:55 (UTC +04:00)
Kanadanın Toronto şəhərində atışma baş verib
Kanadanın Toronto şəhərində atışma baş verib

Bakı. Tural Turan - Trend:

Kanadanın Toronto şəhərinin qərbində yerləşən rayonlardan birində naməlum şəxslər arasında silahlı insident olub.

Trend-in məlumatına görə, nəticədə bir qadın güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, qadının həyatı üçün heç bir təhlükə yoxdur.

Bununla belə polis hadisəni törədənlərdən heç birini saxlaya bilməyib. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində atışmaya aid ola biləcək iki avtomobilə baxış keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti