...

Ərəb koalisiyası Sana hava limanında PUA-ya zərbə endirib

Dünya xəbərləri Materials 20 Dekabr 2018 08:46 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərinin hava limanında pilotsuz uçuş aparatına və dronların buraxılması üçün qurğuya hava zərbəsi endirib.

Trend-in "Al Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ərəb koalisiyasının bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Koalisiya Sana hava limanından uçuşa hazırlaşan pilotsuz uçuş aparatına və hava limanında olan dronların buraxılması üçün qurğuya zərbə endirib. Bu zərbə beynəlxalq humanitar hüquqa zidd deyil, çünki qabaqlayıcı tədbirdir".

Koalisiya iddia edir ki, husilər Sana şəhərinin hava limanını hərbi məqsədlərdə istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti