...

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, yaralanan var

Dünya xəbərləri Materials 1 Yanvar 2019 20:44 (UTC +04:00)
Türkiyənin Kocaeli ilində təlim təyyarəsi qəzaya uğrayıb.
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, yaralanan var

Bakı. Trend:

Türkiyənin Kocaeli ilində təlim təyyarəsi qəzaya uğrayıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, "CESNA" tipli təkmotorlu təyyarədə iki nəfər olub. Təyyarənin pilotu xəsarətlər alıb.

Hadisə yerli vaxtla 14:30-da baş verib. Qəzaya səbəb təyyarənin mühərrikində nasazlıq göstərilir.

Yaralanan pilot xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti